Anbardar tələb olunur
Beynəlxalq yüklərin daşınması ilə məşğul olan Global Transport Services şirkətinə Anbardar tələb olunur.
İş barədə məlumat
Anbara daxil olan məhsulların qəbulunu, qeydiyyatını və saxlanılmasını təmin etmək;
Malları anbara qəbul edərkən, müvafiq sənədlər əsasında malların faktiki miqdarının (yer sayının), qablaşdırılmanın vəziyyətini yoxlamaq;
Malların xüsusiyyətindən asılı olaraq anbarda düzgün yerləşdirilməsini və saxlanılmasını təşkil etmək;
Anbardan mal çıxışına nəzarət etmək;
Anbarın iş fəaliyyətini və sifarişlərin icrasını sürətləndirmək məqsədi ilə işlərin elektron qayda da proqram üzərindən təmin edilməsi;
Anbarın təmiz, səliqəli və nizamlı qaydada saxlanılmasına nəzarət etmək. Aylıq anbar sayımı etmək və siyahı ilə təqdim etmək.
Namizədə tələblər (KİŞİ)
1) B kateqoriyalı sürücülük vəsiqəsi olmalı; 2) Hərbi xidməti bitirməli; 3)Müvafiq sahədə azı 1 il təcrübəsinin olmalı; 3) Yaşı 22-28 arasında olması (digər yaş intervalı üzrə daxil olan müraciətlərə baxılmayacaq) 4) Yüngül komputer biliklərinin olması vacibdir. 1C proqramında təcrübəsi olanlara üstünlük veriləcəkdir. Əmək haqqı 600 - 800 manat arasında namizədin təcrübə və peşəkarlıq səviyyəsinə uyğun olaraq müəyyənləşdiriləcəkdir.
Şirkət barədə məlumat
-- Müəssisəmiz 15 ildən artıqdır ki, Beynəlxalq yüklərin daşınması fəaliyyəti ilə məşğuldur. Müəssisənin ünvanı : Sabunçu rayonu, Babək küçəsi 15, İş qrafiki Həftənin altı günü saat 08.00-dan 17.00 kimidir. Namizədlər CV-lərini "Anbardar" başlığı ilə qeyd olunan mail ünvanına göndərsinlər.
Похожие объявления
Показать все- «Торговая сеть и электронная коммерция» в терминалах eManat
- «Объявления и купоны» в терминалах MilliÖn
- «Другие платежи» в терминалах Kapital Bank
- «Объявления и купоны» в терминалах ExpressPay
- «Другие» в терминалах Kassam
- «Объявления и купоны» в терминалах Keşpay